Bakıdakı böyük zavodlardan biri hüquqi formasını dəyişir – İclas olacaq

11:29 - 20.07.2020


20 iyul, Fineko/abc.az. “Bakı Fəhləsi Maşınqayırma Zavodu” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, avqustun 31-də, saat 11:00-a planlaşdırılan iclas səhmdar cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi, 10 ünvanında olacaq. 

Yığıncaqda zavodun ötən ilki maliyyə-təsərüfat fəaliyyəti, müəssisənin təşkilati-hüquqi formasının MMC-yə dəyişdirilməsi məsələləri müzakirə ediləcək.

 

Bütün xəbərlər