Karantin qaydalarını 1000-ə yaxın şəxs pozdu – Cərimələndilər

14:50 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 19.07.2020-ci il saat 00:00-dan 20.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 919 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 64 nəfər olmaqla ümumilikdə 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 120 avtomobil geri qaytarılıb, ümumilikdə 285 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

Bütün xəbərlər