Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrə faizsiz təhsil kreditləri təqdim ediləcək

14:54 - 10.10.2017


Dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayı üzrə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun iclas gedişatında  qeyd etdiyinə əsasən, hal-hazırda 12 ali təhsil müəssisəsi Tələbə kredit fondunun xətti ilə, tələbələrə kreditlər təqdim edir.

“Tələbə kredit fondunun xətti ilə 118 tələbəyə təhsil krediti təqdim edilib, cari tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri  faizsiz təqdim olunacaq. Bununla belə, proqramın genişləndirilməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur”, - deyərək nazir bildirib.

 

Bütün xəbərlər