Bakıda koronavirusa yoluxanlar ən çox bu rayonlardadı – Siyahı

11:40 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Bakıda koronavirusa yoluxmanın sayına görə yenə də ön sıralarda Binəqədi, Xətai və Yasamal qərarlaşıb.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən rayonlarda ümumi yoluxanların 56 faizi cəmləşib. Belə ki, paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12  faizi də Yasamalda qeydə alınıb.

Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər