Yenə 125 avtomobil geri qaytarılıb – Karantin qaydalarını pozublar

14:32 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 21.07.2020-ci il saat 00:00-dan 22.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 775 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 75 nəfər olmaqla ümumilikdə 850 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 75-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 20-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 125 avtomobil geri qaytarılıb, ümumilikdə 310 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

Bütün xəbərlər