Ev almaq istəyənlərin nəzərinə - Bakıda bu mənzillər ucuzlaşıb

14:52 - 22.07.2020


22 İyul, Fineko/abc.az. Bakıda ay ərzində təkrar mənzil bazarında qiymətlərdə cüzi artım, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, iyun ayı ərzində təkrar mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1702 manatdan 1708 manata qədər artıb (0.35 faiz artım).

İl ərzində isə artım 7.29 faiz təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ilkin mənzilin isə bir kvadratmetrinin orta qiyməti 1425 manatdan 1370 manata azalıb.

O qeyd edib ki, ay ərzində 3.86 faiz azalma, il ərzində isə 3.71 faiz artım müşahidə edilib.

 

Bütün xəbərlər