330x110
 

Muzdla işləyənlər ən çox bu sahələrdədir - Siyahı

23.07.2020,11:48


23 iyul, Fineko/abc.az. İyunun 1-nə muzdla işləyənlərin sayı 1 milyon 681,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 930 min nəfər, qeyri-dövlət sektorunda isə 751,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 647,8 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Müəllif: Elmir Murad