Orta aylıq hesabla bir işçi 131 saat işdə olub – Hesabat

11:55 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi iyunun 1-ə muzdla işləyənlərin statiatikasını açıqlayıb.

ABC.AZ bildirir ki, sözügedən dövrdə xidmət sahəsində işləyənlərin 19,8% təhsil, 17,9% ticarət; nəqliyyat vasitələrinin təmiri, 8% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,4% inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5% nəqliyyat və anbar təsərrüfatı, 3,4% peşə, elmi və texniki fəaliyyət, 3,3% istirahət, əyləncə və incəsənət, 1,7% maliyyə və sığorta fəaliyyəti, 1,7% informasiya və rabitə, 1,5% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1% digər sahələrdə xidmətlərin göstərilməsi və 1% daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışdıqları məlum olub.

Yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 131,1 saat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər