Azərbaycanda 100-lərlə yeni iş yerləri açılacaq – Anonsu verildi

12:01 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Çovdar yatağının yeraltı mərhələsinin, Ağyoxuş və Mərəh yataqlarının, qarşıdakı illərdə isə Tüllallar, Filizçay, Qaradağ, Xarxar, Mazımçay və digər yataqların istismarı nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsait cəlb ediləcək, yüzlərlə yeni iş yeri açılacaq.

Bu sözlər “AzerGold” QSC-nin bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn müşavirəsində qeyd olunub.

Müşavirədə jəmçinin ekoloji monitorinq, geoloji kəşfiyyat, hasilat, tikinti və digər istiqamətlərdə görülən işlər haqda bəhs edilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bütün bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər