Qonşu ölkədə 500-ə yaxın milyonçu var – Artıblar

12:27 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Gürcüstanda milyonçuların sayı açıqlanıb.

ABC.AZ-ınməlumatına görə, hazırda qonşu ölkədə 488 nəfər milyonçu mövcuddur.

Bu barədə Gürcüstanın Gəlirlər Xidməti məlumat yayıb. Bu isə son 2 il ərzində milyonçuların sayında 35-% artım deməkdir. Xidmətin verdiyi açıqlamaya görə, təkcə ötən il onların əldə etdiyi gəlirlər 1,5 milyard laridən çox olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər