Bu zavodun direktoru işdən çıxarıldı – Yerinə türk gətirildi

12:08 - 27.07.2020


27 iyul, Fineko/abc.az. “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mehran Məmmədov vəzifəsindən azad edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Mustafa Cem Bilgeye həvalə olunub.

Qeyd edək ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 95 milyon manatdır.

Şirkət İmişli Şəkər Zavonunun idarə edilməsi ilə məşğuldur.

 

Bütün xəbərlər