Gürcüstan Türkiyə ilə sərhədləri açır – Gürcülər işləməyə gedə biləcək

14:31 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Gürcüstan vətəndaşları Türkiyəyə işləmək üçün gedə biləcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökumətinin Koordinasiya Şurası bu günkü iclasında qəbul edib.

Qərara əsasən vətəndaşlar Türkiyədə çalışmağa getmək üçün Türkiyədəki işləyəcəkləri yerdən rəsmi 3 aylıq dəvət sənədini təqdim etməlidirlər.

Vətəndaşlar Türkiyədə işləyəcəkləri yerdən 3 aylıq işləmək dəvətnaməsini təqdim etmədiyi təqdirdə, sərhəddən buraxılmayacaqlar, onlar mütləq şəkildə sərhəddi keçərkən həmin dəvətnaməni təqdim etməlidirlər.

Qeyd edək ki, işləməyə gedənlər geri qayıtdıqda isə 14 günlük məcburi karantində qalmalı olcaqlar.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər