BNA avtobuslar alır – Tender

11:27 - 28.07.2020


28 iyul, Fineko/abc.az. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs  ictimai nəqliyyat vasitələri – avtobusların  satınalınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 3500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 25.08.2020 12:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.09.2020 12:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 03.09.2020 12:00 tarixində aparılacaq.

Telefon: (994 12) 4044120 (2185)

Əlaqələndirici şəxs: Tural Mahmudov

 

Bütün xəbərlər