Koronavirus ən çox bu ölkəyə ziyan vurub – İqtisadiyyatı sarsılıb

10:24 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Koronavirus ən çox Rusiya iqtisadiyyatını sarsıdıb.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti yazıb.

Alman nəşrinin yazdığına görə, Rusiyanın ümumdaxili məhsulu (ÜDM) tam azalıb, birinci dalğadan sonra minlərlə müəssisə iflasını elan edib.

İşsizlik fəlakət səviyyəsinə çatıb. Yazıda qeyd olunub ki, artıq Rusiyada 2000-ci ildə tətbiq olunan 13%-lik vahid vergi tarifi bu ilin yanvarından ildə 60 min avrodan çox gəliri olanlar üçün 15% artırılıb.

Bundan başqa Rusiyada iri infrastruktur obyektləri, hətta limanların satışa çıxarılması planlaşdırılır. Bir sıra böyük müəssisələrdə dövlətin payı 50%-ə qədər azaldıla bilər.

Vladimir Putin milyardlıq infrastruktur layihələrinə də son verib. Mərkəzi Bankın məlumatına əsasən, ÜDM 9,5%-10% azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər