“Baku White City” layihəsində mənzil satışı ikiqat artdı

15:39 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. “Bakı Ağ Şəhər” (Baku White City) layihəsindən mənzil alıcıların sayı sürətlə artır.

Daşınmaz əmlak bazarı üzrə agent Samir Nəzərov Fineko/abc.az İnformasiya Agentliyinə  bildirib ki, yanvar ayında Ağ Şəhər Laiyhəsindən ev almaq istəyənlərin sayı kəskin artıb.

“Dekabr ayında Layihə üzrə şirkətlərin təklifləri üzrə 10 mənzil satmışdısa, yanvar ayı bitməmiş 20 mənzil sata bilib. Satılan mənzillərin böyük hissəsi 2 və 3 otaqlı evlərdir”, - degə agent xəbər verib.

Onun sözlərinə görə, “Ağ Şəhər”dəki mənzillərə tələbatın artması, Layihə üzrə infrastrukturun yenidən qurulması, ərazinin geniş və binaların kiçik mərtəbəli olması ilə bağlıdır. Əsasən  5-7 mərtəbəli binalardan mənzil alınır. 20 mərtəbəli binalar üzrə isə, demək olar ki, müraciət edən yoxdur.

 

 


Bütün xəbərlər