COVİD 19 infeksiyası ilə bağlı daha bir iddia - 70 il əvvəl törəyib

10:31 - 30.07.2020


30 iyul, Fineko/abc.az. SARS-CoV-2 virusu ailə ağacında ona qohum olan RaTG13 kimi yarasa koronaviruslarından ötən il və hətta bu minillikdə deyil, təxminən 40-70 il əvvəl törəyib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu SARS-CoV-2 və ona yaxın virusların təkamülü ilə bağlı hərtərəfli genetik təhlillər aparan Edinburq Universitetinin Təkamül Biologiyası İnstitutu və Qlazqo Universitetindəki Virus Tədqiqatları Mərkəzinin alimləri bildiriblər.

Müəlliflər “Nature Microbiology”də yazırlar ki, nalburunkimilər fəsiləsinə daxil olan yarasalarda görünən koronavirus, çox güman, panqolin və ya digər heyvanlarda olan viruslarla “çarpazlaşma” yolu ilə deyil, öz təkamülü zamanı Homo sapiens növünü yoluxdurma qabiliyyəti əldə ediblər. Onlar SARS-CoV-2 genomunun sabit bölgələrini müəyyən edə bilib və onlar üzərindən təkamülünü qurublar. SARS-CoV-2 və RaTG13-ün ortaq əcdadı olduğunu fərz edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, birinci 1948-1982-ci illər aralığında təkamül ağacında “tumurcuqlayıb”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər