Qonşu ölkədə tədris həmişəki vaxtda başlayacaq

14:09 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Gürcüstanda tədris ilinin başlama tarixi həmişə olduğu vaxtda planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu sözləri Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, son qərar epidemoloji vəziyyəti nəzərə alaraq veriləcək: “Məktəblər və uşaq bağçaları ilə bağlı tarixin təxirə salınması planlaşdırılmır. Təhsil Nazirliyinin Səhiyyə Nazirliyi ilə fəal əməkdaşlıq etməsi vacibdir və bütün bunlar müşahidə mərhələsində olacaq. Epidemik vəziyyətin necə inkişaf etdiyindən asılı olaraq, Gürcüstanda uşaq bağçalarında və məktəblərdə təhsilin bərpa olunacağı qərarını birgə verəcəyik".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər