Təhsil Nazirliyinə pul ayrıldı – Məktəb tikiləcək

15:34 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılacaq.

 

Bütün xəbərlər