Ukrayna bu ölkələri "qırmızı zona"-ya saldı – Siyahı

12:29 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Ukrayna bir sıra ölkələri “qırmızı zona” siyahısına daxil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Evropaiskaya Pravda” agentliyindən bildirib.

Məlumata əsasən “qırmızı zona"ya son 14 gün ərzində koronavirusun hallarının 30 faiz artdığı ölkələr düşüb.

Bu ölkələr Gürcüstan, Macarıstan, Çin, Almaniya, Çexiya, Bolqarıstan, Albaniya, Monteneqro, Polşa, Fransa və Rusiya olub. Beləliklə "qırmızı zona"ya daxil olan dövlətlərin vətəndaşları Ukraynaya gedəcəkləri təqdirdə öz ölkələrində uçuşdan öncə koronavirusla bağlı aldığı "PCR" test nəticəsini təqdim etməlidir və ya 14 gün izolasiyada qalmalıdırlar.

Bununla yanaşı Ukrayna hökuməti “yaşıl zonaya” daxil olan ölkələrin adlarını da açıqlayıb.

Bu ölkələr isə İsveç, Portuqaliya, Xorvatiya, Belarusiya, Böyük Britaniya, Türkiyə, Sloveniya, Misir və İtaliya olub. Sözügedən ölkələrdən gedən vətəndaşlara test və karantin qaydaları tətbiq olunmayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər