Microsoft Tik Tok şirkətini alır? – Trampdan tapşırıq

15:46 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Donald Tramp bir Amerikan şirkətinə satılmadığı təqdirdə Çinin sosial media platforması TikTok-u ölkəsində qadağan edəcəklərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Tramp bunun üçün 15 sentyabra qədər ABŞ şirkətinə vaxt verib.

ABŞ lideri Çinə məxsus olan bu şirkətin ölkəsindəki qolunun alınmasını tapşırıb.

Artıq bu məqsədlə Microsoft şirkəti TikTokun ABŞ qolunu satın almaq üçün araşdırmalara başlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər