Bu ölkədə koronavirusun ikinci dalğası başlayıb – Həyəcan təbili çalındı

10:52 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Almaniyada koronavirus epidemiyasının ikinci dalğası artıq başlayıb, ancaq birincidən daha zəifdir.

ABC.AZ xəbər verir ki, bu barədə Marburger Bund Həkimləri Birliyinin rəhbəri Zuzan Yona danışıb.

O, ikinci dalğanın ölkədə mart-apreldə baş verən epidemiyanın ilk dalğası ilə müqayisədə qorxulu olmadığını bildirib.

Onun sözlərinə görə, ölkənin xəstəxanaları ikinci dalğaya artıq hazırdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər