Şəkidə də 200-ə yaxın işsiz işlə təmin olunub – 6 ayın nəticəsi

17:08 - 5.08.2020


5 avqust, Fineko/abc.az. 2020-ci ilin birinci yarısında Şəki rayonunda 191 yeni və daimi iş yeri açılıb.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 39, emal sənayesində 26, tikinti sektorunda 51, ticarətdə 11, rabitə və inzibati xidmət sahələrində 5 yeni iş yeri açılıb.

Bundan əlavə, müddət ərzində əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və digər xidmət sahələri üzrə 59 yeni iş yeri yaradılıb.

Qeyd olunub ki, yeni iş yerlərinin hamısı mövcud müəssisə və təşkilatlarda yaradılıb.

 

Bütün xəbərlər