ABŞ-la Çin arasındakı ticarət sazişi çökür

10:34 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Çinlə ticarət sazişi çökmək üzrədir.

ABC.AZ xəbər verir ki, bunu Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden deyib.

O qeyd edib ki, Trampın ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir: "ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb. Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər