Gürcüstanda vətəndaşlar 4 ay komunal ödənişlərindən azad olundu – Yeni qərar

14:59 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Gürcüstan hökuməti noyabr, dekabr, yanvar və fevral aylarında vətəndaşların komunal xərclərinin dövlət tərəfindən ödənilməsi qərarını verib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin baş naziri, Giorgi Qaxaria bu gün hökumətin iclasında bildirib.

Nazir deyib ki, bu qərar vətəndaşlara pandemiya zamanı dəyən zərərlə bağlıdır: "Pandemiya dövründə vətəndaşlarımızın ailələrində gəlirlərin aşağı düşməsi və ailə üzvlərinin işlərini itirməsinə görə, hökumət 4 qış ayı boyunca komunal ödənişlərin hökumət tərəfindən ödənilməsi qərarını qəbul etdi. Bu aylar noyabr, dekabr, yanvar və fevral aylarıdır. Qaydalar eynidir, 200 kilovatt işıq və 200 kub metr qaz istifadəsi zamanı dövlət vətəndaşların borclarını qarşılayacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər