Koronavirusun ən çox yayıldığı şəhər və bölgələr – Siyahı

10:19 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Koronavirusun Azərbaycan üzrə yoluxma statistikası açıqlanıb.

ABC.AZ xəbər verir ki, ən yüksək yoluxma 56.3 faiz Bakı şəhərində qeydə alınıb.

Yoluxmanın çoxluğuna görə, ikinci sırada 16.1 faizlə Abşerondur.

Digər bölgələr üzrə yayılma faizi aşağıdakı kimidir: Aranda 9.4 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.5 faiz, Quba-Xaçmazda 1.9 faiz, Dağlıq Şirvanda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər