Bu Mərkəz işçi axtarır – Vakansiya

14:04 - 7.08.2020


7 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bir sıra vakansiyalar üzrə işçi axtarır.

ABC.AZ-ın məlumatına görə, Mərkəz baş analitik, aparıcı analitik, analitik və kiçik analitik vəzifələrinə vakansiya elan edib.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 31 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_iddia olunan vəzifə” (nümunə: CV_aparıcı_analitik) şəklində göstərmək xahiş olunur.

Staja dair tələb: müvafiq sahədə 1-3 il iş təcrübəsi;

Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);

Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

 

Bütün xəbərlər