Elektron Kredit Platformasına kredit üçün 2000-dən çox müraciəti edilib

16:48 - 7.08.2020


7 avqust, Fineko/abc.az. Avqustun 5-dək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 630 milyon manat olan 2000-dən çox müraciət daxil olub.

Nu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

 

Bütün xəbərlər