Bakı şəhəri üzrə muzdlu işçilərin əməkhaqqısı 984 manat olub

12:26 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Yanvar-may aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 87 min 608 nəfər artaraq 849 min 78 nəfər olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 19,8 faiz artaraq 984 manat təşkil edib.

© Azertag.az

 

Bütün xəbərlər