Azərbaycanda sutka ərzində 79 koronavirusa yoluxma halı aşkarlanıb

17:35 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Azərbaycanda koronavirusun yoluxması ilə bağlı 79 yeni hal aşkar edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, 278 nəfər sağalıb, 2 nəfər dünyasını dəyişib.

Beləliklə, yoluxmuşların ümumi sayı 33647-ə çatıb, müalicə olunanların sayı 30642, 492 nəfər dünyasını dəyişib.

"Hazırda xüsusi rejimli xəstəxanalarda 2,513 min nəfər vardır", - deyə Operativ Qərargah vurğulayır.

Azərbaycanda həkimlər ötən gün ərzində koronavirusa 5,015 min test keçiriblər, cəmi 790,141 min test keçirilib.

 

 

Bütün xəbərlər