“Amrah Sığorta” nizamnamə kapitalını artırıb

11:25 - 11.08.2020


11 avqust, Fineko/abc.az. “Amrah Sığorta” ASC nizamnamə kapitalını 300 min manat və yaxud 6% artıraraq 5 milyon manatdan 5,3 milyon manata çatdırıb.

ABC.AZ  Report-a istinadən xəbər verir ki, bunu şirkətin direktoru Emil Ağasıyev məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 1 500 ədəd yeni səhm buraxılıb. Qiymətli kağızları “Amrah Sığorta”nın mövcud səhmdarları paylarına uyğun şəkildə əldə ediblər. Başqa sözlə, şirkətin səhmdarlarının pay bölgüsü dəyişməyib. Yerləşdirmə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin dəstəyi ilə baş tutub.

“Amrah Sığorta”nın vəsaitinin cüzi hissəsi lisenziyası ləğv olunmuş “Amrah Bank” ASC-də qalıb. Həmin pulu ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) növbəlilik əsasında nə vaxtsa bizə qaytaracaq. Amma kapital artımını zəruri edən əsas amil şirkətin bu ilin sonuna qədərki xərcləri ilə bağlı ehtiyatların formalaşması tələbidir. Ümumilikdə, təxminən 250 min manat əlavə vəsaitə ehtiyacımız var idi, səhmdarlar həmin pulu artıqlaması ilə təmin etdilər”, - deyə E.Ağasıyev qeyd edib.

 

Bütün xəbərlər