Nazirlik avtomobil alır – Tender

11:29 - 12.08.2020


12 avqust, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası 2 ədəd xüsusi təyinatlı avtomobilin satınalınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 800 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 17.08.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.08.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 26.08.2020 11:00  tarixində aparılacaq.

Telefon: (994 12) 5148842

Əlaqələndirici şəxs: İbrahimova Nübar

 

Bütün xəbərlər