Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı

14:07 - 12.08.2020


12 avqust, Fineko/abc.az. “Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradılıb”.

ABC.AZ Reopart-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq:

“Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

 

Bütün xəbərlər