Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər

15:18 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları arasında Belarusdakı vəziyyətə dair videokonfrans keçiriləcək.

ABC.AZ report-a istinadən  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” səhifəsində bildirib.

“Belarusdakı vəziyyəti müzakirə etmək üçün bu çərşənbə günü saat 12:00-da Avropa İttifaqı Şurası üzvlərinin görüşünü çağıracağam. Belarus xalqı öz gələcəyinə dair qərar vermək, öz liderini sərbəst seçmək hüququna malikdir. Etirazçılara qarşı zorakılıq yolverilməzdir və məqbul sayıla bilməz”.

 

Bütün xəbərlər