İlham Əliyev Ekvadorun və Çilinin səfirlərinin etimadnamələrini qəbul edib

11:55 - 26.01.2018


26 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev fövqəladə və səlahiyyətli səfirlərin etimadnamələrini qəbul edib.

Etimadnamələri, Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeyda və Çili  Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silva təqdim etdilər.

 

Bütün xəbərlər