“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Nərimanov rayonu

17:18 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 19-da Bakı şəhəri, Nərimanov rayonu,1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, avqustun 21-də isə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi,377-ci məhəllə ünvanında keçiriləcək.

Qeyd edək ki, Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

 

Bütün xəbərlər