Avqustun 20-21-də qəbul imtahanları keçiriləcək

12:37 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust 2020-ci il tarixlərində qəbul imtahanları keçiriləcək.

Bu barədə ABC.AZ-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar avqustun 20-də 16, avqustun 21-də isə 19 şəhər və rayonunda təşkil olunacaq.

Qeyd olunur ki, avqustun 20-də keçiriləcək imtahanlarda 20100, avqustun 21-də keçiriləcək imtahanlarda isə 16884 nəfər olmaqla, ümumilikdə 36984 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 30980 nəfər I ixtisas qrupu, 5160 nəfər IV ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 844 nəfər isə II, III və V ixtisas qrupları və 9 illik təhsil bazasında kolleclərə qəbul üçün əlavə xarici dil imtahanını verənlərdir.

 

Bütün xəbərlər