Fond 1.3 milyon manatlıq tenderi yekunlaşdırıb

11:54 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu server avadanlıqlarına, Fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi xidmətlərinin satınalınması üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi  "AİSTGROUP" MMC olub.

Qalib şirkətə 1.302720 manat ödəniləcək.

 

Bütün xəbərlər