Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dək uzadılıb

16:19 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

 

Bütün xəbərlər