Kürdəmirin icra başçısı və digər şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

14:38 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, həmçinin icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən gün keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

ABC.AZ xəbər verir ki, bu gün  Binəqədi rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində 1 ay 18 gün,  icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov isə hər ikisi barəsində 4 ay müədditinə həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər