Yaqut Qarayeva: Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq

17:26 - 21.08.2020


21 avqust, Fineko/abc.az. “Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.

ABC.AZ xəbər verir ki, TƏBİB-Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O, qeyd edib ki, “Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar”.

 

Bütün xəbərlər