“Azərsun Holdinq”də yeni kadr təyinatı olub

10:49 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Azərsun Holdinq” MMC-yə məxsus “Lənkəran-Konserv” ASC-nin İdarə Heyətinin sədri Yaşar Cavadov vəzifəsindən azad edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Nurlan Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Lənkəran-Konserv” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 862 402 manatdır.

 

Bütün xəbərlər