İlham Əliyev: Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir

14:57 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Biləsuvar və Saatlı Rayon İcra Hakimiyyəti başçılarını qəbul edən zaman deyib.

 “Rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyindəki insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.

“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. ”

 

Bütün xəbərlər