“Azertexnolayn” MMC yeni növ məhsulun istehsalına başlayıb

16:17 - 24.08.2020


24 avqust, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Azertexnolayn” MMC-də Rusiya Federasiyasının sifarişi ilə yeni növ məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyindən məlumat verilrib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir.

Müəssisələrdə indiyədək 383 milyon manatdan çox məhsul istehsal edilib və 95 milyon manatlıq hissəsi ixrac olunub.

 

Bütün xəbərlər