Altı ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub

11:07 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) altı tərəfdaş ölkəsi Krımın Rusiya Federasiyasına birləşdirilməsinin tanınmamasına dair Aİ strategiyası çərçivəsində Rusiyaya qarşı sanksiyaların bir il müddətinə uzadılması ilə bağlı Avropa Şurasının qərarına qoşulduqlarını təsdiqləyiblər.

Bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir.

“Namizəd ölkələr Monteneqro və Albaniya, Avropa azad ticarət bölgəsinin üzvləri – Norveç və İslandiya, həmçinin Ukrayna və Gürcüstan Avropa Şurasının sanksiyaların müddətinin 18 iyun 2020-ci il tarixindən 23 iyun 2021-ci ilə qədər uzadılması ilə bağlı qərarına qoşulduqlarını bildiriblər”, - bəyanatda belə deyilir.

Apa.az

 

Bütün xəbərlər