Azərişıq tender elan edir

14:50 - 25.08.2020


25 avqust, Fineko/abc.az. “Azərişıq” ASC Şamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiyası ilə yeni tikilmiş 35/ 10 kV-luq Yeni yarımstansiya arasında 35 kV-luq iki dövrəli SİP kabel xəttinin tikintisi işlərinin satın alınması məqsədilə tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 09.09.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.09.2020 16:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 18.09.2020 16:00 tarixində aparılacaq.

Telefon: (994 12) 440-39-93

Əlaqələndirici şəxs: Namiq Heybətov

 

Bütün xəbərlər