İlham Əliyev: “Dəniz Kuboku” yarışı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək

16:01 - 25.08.2020


25 avqust, Fineko/abc.az. “Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya Federasiyasının  Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı deyib.

Prezident qeyd edib ki,  “Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik”.

 

Bütün xəbərlər