330x110
 

Gürcüstanda sentyabrın 15-dən kinoteatrlar açılacaq

26.08.2020,12:37


26 avqust, Fineko/abc.az. Gürcüstanda sentyabrın 15-dən kinoteatrların fəaliyyətinə icazə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərarda qeyd olunub ki, məktəblər də həmin tarixdə açılacaq.

Uşaq bağçalarında isə təlim-tərbiyə prosesi oktyabrın 1-də başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.

Report.az