330x110
 

Putin: “Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur”

27.08.2020,15:37


27 avqust, Fineko/abc.az. “Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.

ABC.AZ  report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o  vurğulayıb.

Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.

V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.

O həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.