330x110
 

Ölkədə koronavirus infeksiyasına daha 137 nəfər yoluxdu - Günün Statistikası

27.08.2020,16:30


27 avqust, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına daha 137 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Bugünədək ölkədə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 64 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib. Aktiv xəstə sayı 1956 nəfərdir.

Ötən müddət ərzində 898 min 492 test aparılıb. Bugünkü test sayı isə 6422-dir.