Təhsil naziri: Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir

17:19 - 27.08.2020


27 avqust, Fineko/abc.az. “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir. Təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”.

ABC.AZ xəbər verir ki,  bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

“Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”. – E.Əmrullayev qeyd edib.

 

Bütün xəbərlər